Qurban bayramında Qəbələyə əlavə reyslər təyin ediləcək 

15:34 13.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.

Hafta.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, marşrut üzrə 6, 7, 8 və 9 iyun tarixləri üçün biletlər artıq satışdadır.

Biletləri www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və yaxud kassalardan əldə etmək mümkündür.